İki metrostansiyanı birləşdirən yol təmirə bağlanır 

16:21 12.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən 2 saylı yol istifadəyə verilib.

 

Bunu hafta.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədovun sözlərinə görə, uzun müddətdir təmirə bağlanan 2-ci yol bu gündən fəaliyyətə başlayır: "Bu gündən etibarən stansiyanın 1-ci yolu təmirə dayandırılır. Təmirə dayanan stansiya yolu təxminən 2 ilə təhvil veriləcək".